Modern.az

İndoneziyada zəlzələ qurbanlarının sayı 832-yə çatdı

İndoneziyada zəlzələ qurbanlarının sayı 832-yə çatdı

Dünya

30 Sentyabr 2018, 11:34

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 832-yə çatıb.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo təsdiqləyib.

Daha öncə 420 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı