Modern.az

Misir xaricdən təbii qaz idxalını tam dayandırdı

Misir xaricdən təbii qaz idxalını tam dayandırdı

Dünya

30 Sentyabr 2018, 15:54

Misir xaricdən maye təbii qaz idxalının tam dayandırılmasını elan edib.

Modern.az xəbər verir ki, bu barədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Mulla bəyan edib.

Onun sözlərinə görə, Misirdə təbii qaz hasilatı artıq gündəlik 6,6 milyard kub futa çatıb. O deyib: “Ötən ilin dekabr ayından “Zöhr” iri qaz yatağının işə salınmasından Misirdə qaz hasilatı daim artır”.

Xatırladaq ki, Aralıq dənizi şelfində yerləşən “Zöhr” qaz yatağı İtaliyanın “Eni” şirkəti tərəfindən 2015-ci ildə aşkarlanıb. Yataq 100 kvadrat kilometrə yaxın ərazidə 30 trilyon kub futadək (850 milyard kubmetr – geoloji ehtiyat) potensial qaza malikdir.

Tarik əl-Mulla qeyd edib ki, Misir “mavi yanacaq”la artıq özünü təmin etməyə qadirdir və hazırda maye təbii qazın regional ticarət mərkəzi olması üzərində çalışırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır