Modern.az

Ağ Evin yalanı üzə çıxdı

Ağ Evin yalanı üzə çıxdı

Dünya

2 Oktyabr 2018, 14:40

Ağ Ev prezident Trampı müdafiə üçün saxtakarlığa əl atıb.

 

Modern.az xəbər verir ki, bu barədə Huffinqton Post nəşri məlumat yayıb.

Nəşrin məlumatın görə Ağ Ev bununla prezident Trampın ABC News kanalının jurnalisti Sessiliya Veqaya qarşı həqarətli ifadələrini tamami ilə fərqli təqdim etməyə cəhd edib.

 

Hadisə Ağ Evin qızıl gül bağında keçirilən mətbuat konfransı zamanı baş verib. Konfrans zamanı sual üçün ABC News kanalının jurnalisti Sessiliya Veqaya söz verən ABŞ prezidenti onu danışmağa qoymayıb.

 

“Mən onu seçdiyimə görə o, şokdadır. O, şokdadır” – Tramp xanım jurnalisti işarə edərək söyləyib.

Veqa isə cavabında heyrətlənmədiyini bildirsə də Tramp, xanım jurnalistə bu dəfə daha sərt reaksiya verib.

“Hər şey qaydasındadır. Mən bilirəm ki siz düşünmürsünüz. Siz heç bir zaman bunu atmirsiniz” – Tramp bildirib.

 

Beləliklə Ağ evin təqdim etdiyi stenoqramda ABŞ prezidentinin ifadə etdiyi “thinking” – “fikirləşmək” sözü “thanking” – “təşəkkür etmək” sözü ilə əvəz edilib.

 

Bundan əlavə o, Veqanın ali məhkəməyə namizədliyi Tramp tərəfindən irəli sürülən və cinsi təcavüzdə ittiham olunan hakim Bretta Kavano haqda sualını da cavablandırmaqdan yayınıb.

 

ABŞ prezidenti bu barədə yox Kanada və Meksika ilə yeni ticarət müqaviləsi barədə danışmaq istədiyini bildirib.

Daha sonra CNN kanalının müxbiri Kaytlayn Kollinzin eyni sualına Tramp “siz pissiniz” – deyə cavab verib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə qarşı ifadələrinə görə dəfələrlə tənqidə məruz qalıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı