Modern.az

Türkiyənin Konstitusiya Məhkəməsi amerikalı rahibin işinə baxacaq

Türkiyənin Konstitusiya Məhkəməsi amerikalı rahibin işinə baxacaq

Dünya

2 Oktyabr 2018, 16:22

Türkiyədə həbs edilmiş və hazırda ev həbsinə məhkum edilmiş rahib Endrü Bransonun vəkili Konstitusiya Məhkəməsinə müraciət edəcək.

 

Modern.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, avqustun 17-də İzmir məhkəməsinin apelyasiya şikayətini rədd etməsindən sonra vəkil Cem Halavrut Konstitusiya məhkəməsinə müraciət etməyi planlaşdırır.

 

Halavrutun çərşənbə günü məhkəməyə müraciət edəcəyi bildirilir.

 

Qeyd edək ki, ABŞ vətəndaşı olan və Türkiyədə fəaliyyət göstərən rahib Endrü Branson FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Onun həbsi (ev həbsi) ABŞ və Türkiyə arasındakı münasibətləri gərginləşdirib. Beləliklə ABŞ tərəfi avqustun 1-də Türkiyənin iki nazirinə sanksiya tətbiq edib. Qarşılığında isə Türkiyə ABŞ mallarına rüsumla cavab verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı