Modern.az

Rusiyanın öyündüyü sistemləri Qərb bu silahlarla məhv edə bilər - SİYAHI

Rusiyanın öyündüyü sistemləri Qərb bu silahlarla məhv edə bilər - SİYAHI

Dünya

5 Oktyabr 2018, 09:39

Rusiyanın İL-20 təyyarəsinin vurulması ilə bağlı Suriyaya S-300 zenit raket kompleksləri satması Qərbin və müttəfiqlərinin regiondakı maraqlarına zərbə vurub. Bununla həm öz rəqiblərinə mesaj verən, həm də mövqelərini möhkəmləndirən Rusiya tamamilə irəli düşmüş olur. Bunu həm də “İL-20 insidenti”nə bəhanə kimi də adlandırmaq olar.

 

Rusiya indiyə kimi bölgədə İsraillə planlı şəkildə hərəkət edərək, bir-birinə aid aviavasitələri vurmaqdan çəkinirdilər. Çünki Suriya tərəfdə bu cür hədəfləri məhv edəcək vasitə indiyə kimi Rusiyanın əlində olduğu üçün onların vurulması məsuliyyəti də Moskvanın üzərinə düşürdü. İndi isə bunu Suriya öz ərazi bütövlüyünü qorumaq haqqı ilə rahatlıqla edə bilər. Təbii ki, bu üsul lazım olanda Rusiyanın xeyrinə nəticələnək. İndiyə kimi ancaq 1980-ci illərin texnologiyası olan S-200 kompleksləri ilə müdafiə olunan Suriya da burada irəli düşmüş sayılır.

 

Bu yeni nəsil komplekslərin Suriyaya verilməsi məsələsi NATO və müttəfiqlərini hər zaman narahat edib. Amma məsələ Qərbin ziyanına öz həllini tapdı.

 

Nümunə üçün Abxaziya və Şimali Osetiya münaqişələrinə nəzər salsaq, görərik ki, həmin an vurulan Rusiya aviasiyasının bəlkə də yarısından çoxu elə rus qüvvələri tərəfindən məhv edilib. Gürcüstan rəhbərliyi bunu bir fenomen kimi öz xeyirlərinə nümayiş etdirmək istəsə də, Rusiya bu hadisələri üstüörtülü şəkildə ifadə edib.

Bəs bu qədər səs-küyə səbəb olan S-300 komplekslərinin üstünlükləri nədən ibarətdir?

 

Modern.az bu kompleksin zəif və güclü tərəflərini araşdırıb.

 

Güclü və zəif tərəfləri.

S-300  hava hücumundan müdafiə sistemləri dövrün ən güclü silahlarından biridir. Kompleks raket və digər uçuş vasitələrinin effektiv şəkildə məhv edilməsi üçün nəzərdə tutulub. Hədəf mənzili 300 km-ə qədər olub, aşağı səviyyələrdə uçan vasitələri asanlıqla müəyyənləşdirib məhv etməyə qadirdir. Onu Qərbin analoqu olan “Patriot” sistemi ilə müqayisə etsək bəzi vacib məsələlərdə onu üstələdiyini də söyləmək olar. Belə ki, nəzərə ilk çarpan məsələlərdən həyati əhəmiyyətli olanı döyüşə hazırlıq müddəti (S-300 5 dəq/”Patriot” 15-30 dəq) olsa da, hədəfin maksimal uçuş məsafəsi (S-300 saniyədə 10 min metr/ “Patriot” saniyədə 2200 metr) və radius genişliyi də diqqət çəkir. “Skad” raketlərindən müdafiə zonası da Qərb analoqundan 10 dəfə böyükdür. Bundan əlavə “Patriot” kompleksindən fərqli olaraq raketlərin vertikal uçuş sistemi ilə təchiz olunması kompleksi əlavə vaxt itkisindən də qurtarır. “Patriot” sistemi isə öz növbəsində döyüş başlıqlarını hədəf istiqamətində yönəltdikdən sonra atəş aça bilir. Lakin Qərb sistemi də geridə qalmır.

Belə ki, Qərb analoqu bir dəfəyə hədəf sayı, çəkisi və ölçü məsələsində xeyli irəlidədir. Bundan əlavə bu sistemin də bütün bu növ komplekslər kimi analoji zəif tərəfləri də saxlanılıb. Belə ki, bu tip sistemlər hədəfləri 180 dərəcə azimutda axtardığı üçün relyefdən istifadə edərək daha aşağıdan uçmaqla kompleksi yararsız metal yığınına çevirmək mümkündür.

 

İsrailin S-300 sisteminə qarşı vasitələri

 

“Spayk” ketləri artıq Suriya münaqişəsində öz sözünü deyib. Belə ki, keçən ilin martında “Spayk” raketi Suriyadan hərbi əməliyyatdan qayıdan F-16 İsrail qırıcısına qarşı atılmış S-200 kompleksinin raketini məhv edə bilmişdi. Həmin vaxt İsrail rəhbərliyi bunu fəxrlə nümayiş etdirsə də, Rusiya tərəfi bunu keçmiş (S-200) və gələcəyin toqquşması kimi təqdim etmişdi. İsrail tərəfinin bu raketin yeni “Spayk ER2” modeli də bu növ problemləri həll etmək üçündür. Belə ki, həmçinin əldən də atıla bilən bu raket helikopterdən atıldıqda hədəfi 16 km-də məhv etməyə imkan verir.

S-300 kompleksinə qarşı daha yaxşı istifadə olunacaq komplekslərdən biri də İsrail-ABŞ birgə istehsalı olan “Arrow-2” raketdən müdafiə sistemidir. Hələ İsrail ordusuna verilən yeni “Arrow-3” sistemi isə vəziyyəti bir az daha bu ölkənin xeyrinə dəyişir. Bu zaman təqdim etdiyi keçmiş ilə gələcəyin mübarizəsi ifadəsi yenə də İsrailin xeyrinə olur.

“Stunner” raketdən müdafiə sistemi də diqqətdən kənarda qalmamalıdır. Bu raketlər “Kela Davil” və  “Patriot” komplekslərində istifadə edilir. Onlar əsasən ballistik raketləri yüksək məsafələrdə məhv etmək üçün nəzərdə tutulub.

 

ABŞ-ın S-300 sisteminə qarşı vasitələri

 

İlk nəzərə çarpan vasitə radiotexniki kəşfiyyat təyyarəsi olan “Boeing RC-135W”dir.

Bu təyyarə kompleksin mənzilinə keçmədən kompleksə ciddi problemlər yarada bilir. Belə ki, radio dalğaları vasitəsi ilə kompleksin yerini müəyyənləşdirir. Və relyefi öyrənərək ona ən qısa və təhlükəsiz yolu hesablayır. Bu təyyarələr Türkiyə, İraq və İsrailin hava sərhədlərində döyüş növbətçiliyi aparır. Hazırda ABŞ ordusu azı 22 ədəd bu təyyarəyə sahibdir.

Həmçinin dəniz qüvvələrinə məxsus EP-3C “Oven” kəşfiyyat təyyarələrini də göstərmək olar.

 

Radiolokasiya sistemlərinin sıradan çıxarılması məsələsində təbii ki, EA-18G “Qrouler” qırıcılarını da nəzərdən qaçırmaq olmaz. Hazırda ABŞ hava qüvvələrinin heç bir qrupu bu qırıcıları müşayiəti olmadan uçuşlar keçirmir. F/A 18F “Super Hornet” qırıcısı bazasında qırılan bu təyyarələr düşmənin radiolokasiya sistemini alt-üst edir. Onu ABŞ aviasiyasının zəmanəti də adlandırılar.

 

Pentaqonun bu cür sistemlərin tam məhvini həyata keçirəcək daha bir dəhşətli silahı var. Bu silah “HARM” raketləridir ki, onlardan atış zamanı min ədədi birdən istifadə edilir. Bu raketlər adi FM radio antenlərini belə hədəf kimi müəyyənləşdirir və ona köklənərək məhv edir. Əgər kimsə cəld tərpənib radiolokasiyanı söndürsə belə, bu sistem çox ağıllıdır. Belə ki, sistem siqnalın son yerini yadda saxlayır və oranı hədəf kimi seçir. Bu raketlərdən bir atışa min ədədinin istifadə edilməsi isə kompleksin məhvini qaçılmaz edir. Burada əsas problem raketin birinin 300 min dollara başa gəlməsidir. Bu zaman bir atışın Pentaqon üçün çox baha başa gələcəyini söyləmək olar.

 

Ən təhlükəli vasitələrdən biri də xüsusi təyinatlı “Vəhşi nəvaziş” qrupuna daxil F-16CJ “Folken” qırıcılarıdır. Məhz bu qrupun tərkibində fəaliyyət göstərən F-16CJ qırıcıları “HARM” raketlərinin müşayiəti ilə digər ölkənin hava sərhədinə birinci soxulurlar. Beləliklə düşmənin iki çıxış yolu qalır: ya kompleksi söndürmək, ya da bir şübhəli hədəf üçün kompleksdən olmaq.

Qərbin əsas raketlərindən sayılan “Tomahawk” raketlərini yeni modelləri isə daha təhlükəli olub. Onlar pilotsuz idarə edilərək tək başına döyüş növbətçiliyi çəkməyə qadirdir. Bu raketlərin yeganə çatışmazlığı isə onların aşağı sürətlə uçmalarıdır. Bu problem isə hətta radarların belə tuta bilməyəcəyi aşağı yüksəklikdə uçaraq kompensasiya edilib. Bu raketlər isə ən yaxşı göstəricilərə malik raketlərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı