Modern.az

ABŞ dövlət katibi Şimali Koreyada həyəcanlı anlar yaşadı

ABŞ dövlət katibi Şimali Koreyada həyəcanlı anlar yaşadı

Aktual

8 Oktyabr 2018, 11:27

ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasındakı gərginlik danışıqlar prosesinə də sirayət edib.

 

Modern.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeonu KXDR lideri Kim Çen Inla görüşü zamanı silahı, cangüdəni və hətta tərcüməçisindən məhrum ediblər.

Gərginliyin hələ ABŞ dövlət katibinin hava limanına enişi zamanı başladığı bildirilir.

 

Hava limanında onu qarşılayan Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini general Kim Yen Çol Pompeoya bu barədə məlumat verib.

 

Pompeonu müşayiət edən jurnalist bu zaman onun gərginliyi yumşaltmağa çalışdığını və gülərək hər şeyi razılaşdıra biləcəklərini ifadə etdiyini bildirib. Lakin bu ona yardımçı olmayıb.

 

Qeyd edək ki, The Washington Post nəşrinin məlumatına görə Pompeo ilə Kim Çen In arasında keçirilən görüş 3 saat yarım çəkib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır