Modern.az

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Aktual

15 Oktyabr 2018, 18:58

Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Bu haqda Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır