18 noyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI
Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI
17.10.2018, 10:46

1992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla mübarizə günü  kimi elan edilməsi  bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədinə xidmət edib.


Azərbaycan da yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malik olan, bu sahədə mühüm addımların atıldığı və müsbət nəticələrin əldə edildiyi ölkələrdən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, hələ 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı tərəfindən Minilliyin sammitində Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikası adından prezident Heydər Əliyevin imzaladığı Bəyannamədə əksini tapan qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması olub. “2003-2005-ci illər üçün  Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” ölkəmizdə bütün sahələrdə tərəqqi proseslərinə, habelə  yoxsulluğun ildən-ilə azalmasına şərait yaradıb.



Son 15 ildə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilib. Qeyd olunan Dövlət Proqramının icrasına dair 2005-ci il may ayının 12-də keçirilən illik konfransda Prezident cənab İlham Əliyev  «Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır» deyə bəyan edərək, bunu dövlətin qarşısında strateji məqsəd kimi müəyyən edib. “2003-2005-ci illər üçün  Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixdə Prezident cənab İlham Əliyev tərəfindən «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» təsdiq edilib. Bu proqram, habelə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı məqsədilə təsdiqlənərək uğurla icra olunan dövlət proqramları, eləcə də digər vacib sənədlər, aparılan məqsədyönlü dövlət siyasəti respublikada uzunmüddətli sosial-iqtisadi inkişafı təmin edib.


Milli iqtisadiyyatın 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,8 dəfə, qeyri-neft ixracının 4,1 dəfə, əmək haqlarının təxminən 7 dəfə, minimum əməkhaqqının 23 dəfə artdığı, 3,1 min məktəbin, 640-dan çox xəstəxananın, eyni zamanda çoxsaylı sosial obyektlərin tikilərək istifadəyə verildiyi, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkünün müasir şəraitli mənzillərlə təmin olunduğu son 15 ildə  ölkəmizdə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir”.


Yoxsulluğun azalmasında əhalinin məşğulluq imkanlarının artırılması da mühüm rola malikdir. 2003-2017-ci illərdə Azərbaycanda 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub. Yeni iş yerlərinin açılması  daimi xarakter almaqla yanaşı, dövlət məşğulluq xidmətləri, işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təminatı tədbirləri də getdikcə gücləndirilir. Təkcə bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Nazirliyin xətti ilə  cari ilin 9 ayında ümumilikdə 2075 nəfər peşə hazırlığına cəlb olunub.


Bu gün ölkəmizdə yoxsul ailələr ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. Respublika üzrə  2018-ci ilin 1 oktyabr tarixinə  orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə (200,2 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilir və ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır. Bununla yanaşı, aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi yolu ilə onların sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik ailə biznesinə sahib olmaqla sahibkarlığa çıxış əldə etmələrinə də şərait yaradılır.


Dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı bu sahədə xüsusi əhəmiyyəti ilə seçilir və proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrin nümayəndələrinə xüsusi üstünlük verilir.  İşsizliyin və nəticə etibarilə yoxulluğun aradan qaldırlmasında mühüm rola malik olan özünüməşğulluq proqramına ötən il ərzində 1200 nəfər cəlb olunubsa, 2018-ci ildə 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onların artıq kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar”, deyə bildirib.


Azərbaycanda aparılan güclü sosial siyasət ölkədə sosial təminat sisteminin də ildən-ilə güclənməsinə şərait yaradır. Buna misal olaraq, son 15 ildə pensiyalarda 11,3 dəfə, ümumilikdə dövlət büdcəsinin sosialyönümlü xərclərində 10 dəfə, o cümlədən sosial müdafiə və sosial təminat xərclərində 11 dəfə artım qeydə alınıb.


2015-ci ilin sentyabrında BMT sammitində dünyada aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün birgə razılaşdırılmış hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədləri qəbul edilib. Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq, bu Məqsədlərin hər biri üzrə fəal siyasət həyata keçirir.

Ümumiyyətlə, ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi prosesləri, sosial firavanlığın təminatı istiqamətində atılan mühüm addımlar yoxsulluğa qarşı mübarizə sahəsində qarşıdakı dövrdə də mühüm uğurların qazanılmasına imkan verəcəkdir.  

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV