Modern.az

Kadırov: “Sən Makqreqoru bir zərbəylə yerə sərməli idin”

Kadırov: “Sən Makqreqoru bir zərbəylə yerə sərməli idin”

17 Oktyabr 2018, 11:02

Çeçenistan lideri Ramzan Kadırov Konor Makqreqor-Həbib Nurmaqomedov döyüşündən sonra baş verən kütləvi davaya reaksiya verib.

 

Modern.az xəbər verir ki, o “İnstagram” səhifəsində həmin dava zamanı Makqreqora arxadan zərbə endirdiyi üçün UFC döyüşlərindən kənarlaşdırılan Zubeyr Tuxuqovu dəstəkləyib.

 

“Zubeyr sən bilirsən kimsən və haradansan. Sən tək deyilsən, biz – sənin yerlilərin də səninləyik. Zubeyr “dünyanın ən yaxşı idman klubu olan “Axmat” sənin üçün ən yüksək səviyyədə döyüşlər təşkil edəcək. Hə, bir də.... Mən sənin Konora vurduğun o zərbəni gördüm. Bundan sonra, sənə hələ kəndimizdə öyrətdikləri kimi, sakit, qəfil və sərt vur. Elə vur ki, rəqib yerə sərilsin”.

Xatırladaq ki, Zubeyr Tuxuqov və Ramzan Kadırov əslən Tsentoroy kəndindəndir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü