Modern.az

Şeyx Vyanaya gedir

Şeyx Vyanaya gedir

Aktual

18 Oktyabr 2018, 11:42

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 18-20 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

 

QMİ-dən Modern.az-a verilən məlumata görə, səfərdə məqsəd oktyabr ayının 19-da Vyanada keçiriləcək KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 19-cu sessiyasında iştirak etməkdir.

 

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı, o cümlədən, insani resurslar barədə təqdimat, KAİCİİD idarəetmə strategiyası ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulub. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi qlobal əhəmiyyətli məsələlər daxildir.

 

Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir.

 

Qərargahı Vyana şəhərində yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır