Modern.az

Lənkəranda evdə yanğın, 1 nəfər xəsarət alıb

Lənkəranda evdə yanğın, 1 nəfər xəsarət alıb

Aktual

18 Oktyabr 2018, 18:52

Lənkəranın Lüvəsər kəndində ikimərtəbəli ev yanıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 160 kv.m olan 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır