Modern.az

Qəsdən sağlamlığa ağır zərər vuran saxlanıldı

Qəsdən sağlamlığa ağır zərər vuran saxlanıldı

Aktual

19 Oktyabr 2018, 11:15

Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Dərhal Şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və araşdırmalarla həmin şəxsin Xaçmaz rayon sakini Sərxan Qarbaşov olduğu  məlum olub.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.   

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır