Modern.az

“Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir” - Binəli Yıldırım

“Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir” - Binəli Yıldırım

Aktual

19 Oktyabr 2018, 23:04

“İki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihə Türkiyə-Azərbaycan işbirliyinin əbədi olacağını göstərir. Türkiyə-Azərbaycan münasibətlərini əbədiyyətə daşıyacaq bu və bu qəbildən ortaq layihələrimizlə qürur duyuruq”. Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı bildirib.

Binəli Yıldırım qeyd edib ki, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir: “Ölkələrimizin iqtisadiyyatına böyük fayda verəcək neft emalı zavodunun İzmirimizə, Türkiyəmizə xeyirli-uğurlu olmasını diləyirəm. Ölkələrimiz arasında 1991-ci ildən etibarən 200-dən çox müqavilə, protokol və digər sənədlər imzalanıb. Mərhum Prezident Heydər Əliyevin, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə imzalanan bu müqavilələr əlaqələrimizi “Bir millət, iki dövlət” anlayışına bir addım da yaxınlaşdırıb. Bölgəmiz və dünya iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edən bu əsərlər məhz iki ölkənin bu anlayışının nəticəsidir”.

 

Açılış mərasiminin dəyərli bir ildönümü ilə üst-üstə düşdüyünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə təsadüf etdiyini deyən Binəli Yıldırım bu münasibətlə bir daha təbriklərini çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır