Modern.az

Reyd zamanı 55 sürücü və piyada cərimələndi

Reyd zamanı 55 sürücü və piyada cərimələndi

Aktual

20 Oktyabr 2018, 00:46

Mingəçevir şəhərində sürücü və piyadalar əleyhinə reyd keçirilib. Modern.az "Report”a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mingəçevir şəhər bölməsinin əməkdaşları tərəfindən keçirilən reydin əsas məqsədi təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edən sürücülərin və yol hərəkəti qaydalarını  kobud şəkildə pozan piyadaların aşkarlanması olub.

 

Reyd ərzində qeyd olunan məsələlər üzrə 70-dən çox sürücü və piyada saxlanılıb. Onlardan 55 nəfər qayda pozucusu haqqında  inzibati protokol tərtib olunub. Yol hərəkəti qaydalarının tələblərinə məhəl qoymayanlar arasında piyadalar üstünlük təşkil edib. Belə ki, 25 piyada haqqında inzibati protokol yazılıb. Eyni zamanda piyadaların normal keçidinə təhlükə yaradan 10 sürücüyə qarşı müvafiq cərimələr tətbiq olunub. Onlardan bəziləri qaydanı pozaraq ərazidən uzaqlaşmaq istəyərkən saxlanılıb.Cərimələrin tətbiqi ilə yanaşı bəzi sürücü və piyadalara şifahi xəbərdarlıq edilərək maarifləndirmə xarakterli söhbət aparılıb.

 

Reyd zamanı həmçinin təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edən 20 nəfər sürücü barəsində inzibati ölçü götürülüb. Bu zaman qanunu pozmaqlarına haqq qazandıran sürücülər da olub. Belə ki, həmin sürücülər təhlükəsizlik kəmərindən şəhər daxilində istifadə etməyə ehtiyac duymadıqlarını bildiriblər.

 

Bundan əvvəl Ağdam rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülərə qarşı reyd keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır