Arxiv
22 Oktyabr 2018, 11:07 | AKTUAL
Sürücülərin nəzərinə: Texniki baxış üçün məhdudiyyət götürüldü 

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.

 

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

 

İndiyədək Əsasnamədə qeyd olunub ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir. Dəyişikliklə bu müddət məhdudiyyəti götürülüb. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

 

Əsasnaməyə əsasən, texniki baxış belə həyata keçirilir: Tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, Silahlı Qüvvələrin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə 1 dəfə texniki baxışdan keçir.

 

Hüquqi və fiziki şəxslərə məxsus olan (Silahlı Qüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularına görə:

 

İstehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə 1 dəfə texniki baxışdan keçməlidirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik it dişləmələri ilə bağlı müraciət yaydı: “Quduzluq 100% ölümlə nəticələnir!” 22 Aprel 2019, 16:03 Psixoloq onu qınayanlara cavab verdi 22 Aprel 2019, 16:03 Baytarlıq Xidmətindən qoyunlar və keçilərlə bağlı XƏBƏRDARLIQ 22 Aprel 2019, 15:56 Deputat Siyəzəndə şəhid ailələri ilə görüşdü   22 Aprel 2019, 15:32 Həkimin səhvi jurnalistin gözünün tutulması ilə nəticələnib 22 Aprel 2019, 15:27 Məmmədyarov missiyası başa çatan səfiri qəbul etdi 22 Aprel 2019, 15:27 ABŞ səfiri Dillər Universitetində olub   22 Aprel 2019, 15:24 Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu 22 Aprel 2019, 15:21 “Azərsu” yeni elektron xidmət istifadəyə verdi   22 Aprel 2019, 15:16 Makedoniyanın Universitet rektoru Azərbaycana gəlir 22 Aprel 2019, 15:11 İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı 22 Aprel 2019, 15:11 Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək   22 Aprel 2019, 15:09 Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb” 22 Aprel 2019, 14:59 Şri-Lankadakı dəhşətli terroru hansı qruplaşma törədib? 22 Aprel 2019, 14:43 Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR 22 Aprel 2019, 14:40 Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu 22 Aprel 2019, 14:39 Gənclər Lenini necə tanıyır? 22 Aprel 2019, 14:33 Erməni general Manvel Qriqoryan həbsdə qalacaq 22 Aprel 2019, 14:22 Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi 22 Aprel 2019, 14:15 Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb” 22 Aprel 2019, 13:54 Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi   22 Aprel 2019, 13:48 İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verdi 22 Aprel 2019, 13:38 Vergilər Nazirliyi: Sahibkarlar yanlışlara yol verirlər 22 Aprel 2019, 13:33 Neft son 6 ayın rekordunu QIRDI 22 Aprel 2019, 13:25 Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR Forumu başladı   22 Aprel 2019, 13:16 Deputatlar Diaspor Komitəsinin 1 illik fəaliyyətinə QİYMƏT VERDİLƏR 22 Aprel 2019, 13:15 Vəkillər Kollegiyası Elinanın anasına təmənnasız  vəkil tutdu – RƏSMİ 22 Aprel 2019, 13:07 Sabah intensiv yağış olacaq - HAVA PROQNOZU   22 Aprel 2019, 13:02 İt dişləyən uşağın atası FƏRYAD ETDİ: “Həkimlər 40 gün vaxt qoyublar” 22 Aprel 2019, 12:57 Pilotlarımız məşqlərə başladı - FOTO+VİDEO 22 Aprel 2019, 12:54