Modern.az

Səfir Qarabağla Kəşmir problemini müqayisə etdi

Səfir Qarabağla Kəşmir problemini müqayisə etdi

27 Oktyabr 2018, 14:53

Oktyabrın 27-si Pakistan İslam Respublikasında Kəşmirin Qara günü (Kashmir Black Day) kimi qəbul olunur.

Modern.az xəbər verir ki, bu gün bununla bağlı Pakistanın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib.

 

Kəşmirin işğalı haqqında sənədli filmin nümayişindən sonra çıxış edən səfir Səid Xan Mohmand 1947-ci ildə baş verən hadisələr barədə qısa məlumat verib.

 

27 oktyabrın insanlıq tarixində qara ləkələrdən biri olduğunu deyən diplomat, həmin tarixdə Hindistan ordusunun Cammu və Kəşmirdə böyük vəhşiliklər törətdiyini deyib:

 

“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, həmin bölgədə bu gün də terror hadisələri törədilir. Bu günə kimi 20 mindən çox insan yaralanıb, 200 nəfərdən çox insan atılan zəhərli güllələrdən görmə qabiliyyətini itirib, qadınlara qarşı zorakılıq halları baş verib”.

 

Səfir bildirib ki, 71 ildir Kəşmirin müqəddəratı məsələsi həllini tapmır və Hindistan BMT TŞ-nın qətnamələrinə hörmətlə yanaşmalıdır.

 

“Pakistan hökuməti bu günə kimi Cammu və Kəşmirə dəstəyini əsirgəməyib və bundan sonra da dəstək göstərməkdə davam edəcək”.

 

S.X. Mohmand Dağlıq Qarabağla Kəşmir problemi arasında müqayisə apararaq Dağlıq Qarabağın Ermənistan, Kəşmirin isə Hindistan tərəfindən işğal edildiyini, bunların hər ikisinin insanlıq faciəsi olduğunu bildirib.

 

Səfir daha sonra Pakistan prezidenti Arif Alvinin müraciətini diqqətə çatdırıb. Müraciətdə bildirilir ki, 27 oktyabr tarixi Cammu və Kəşmir tarixində ən qaranlıq günlərdən biri kimi anılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir