Modern.az

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı

Aktual

12 Noyabr 2018, 16:05

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017-2020-ci illər üçün Strateji Fəaliyyət planı”nına uyğun olaraq Komitənin Prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə Milli Paralimpiya Komitəsinin nəzdində Para Velosiped idman növü  üzrə (Veloidman)  Paralimpiya Milli komandası yaradılıb.

 

Modern.az xəbər verir ki, Həsənquliyev Amid Umud oğlu ictimai əsaslarla Milli Paralimpiya Komitəsinin Para Velosiped üzrə  (Veloidman) Paralimpiya Milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

 

Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov Para Velosiped idman növü  üzrə (Veloidman) Paralimpiya Milli komandasının baş məşqçisi Amid Həsənquliyev və komandanın üzvləri ilə görüş keçirib. Görüşdə yeni yaradılan idman növünün inkişaf etdirilməsi sahəsində görülməsi vacib olan məsələlər geniş müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır