Modern.az

Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir

Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir

Aktual

19 Noyabr 2018, 15:43

Energetika naziri Pərviz Şahbazov “Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçirilən mərasimdə iştirak üçün Türkiyəyə səfər edib.

Nazirlikdən Modern.az-a bildirilib ki, bu gün İstanbulda keçirilən mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılıb.


Ümumi uzunluğu 1100 kilometr olacaq “Turk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək iki xəttin tikintisini və kəmərlərin hər biri 15,75 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanacağı planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır