“Bu gün mənim dostum, həmkarım Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə məhsuldar danışıqlar apardıq. Biz ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik. Bu il mühüm tarixlə - Belarusla Azərbaycanın diplomatik münasibətlər qurmasının 25 illiyi ilə əlamətdardır. Əsrin dörddəbiri ərzində ölkələrimiz dövlətlərarası qarşılıqlı fəaliyyətin qurulmasında xeyli irəliləyiblər. Buna müntəzəm dialoq, o cümlədən yüksək səviyyədə dialoq kömək edib”. Modern.az xəbər verir ki, bunu Minskdə Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Aleksandr Lukaşenko qeyd edib ki, Azərbaycan Prezidenti ilə görüşlərin etimada əsaslanan, səmimi ab-havasını çox yüksək qiymətləndirir: “Biz beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edirik. Bugünkü danışıqların gedişində əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək.
Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub.
Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib”.
Belarus prezidentinin qənaətinə görə, nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar: “Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil.
Əziz dostlar, sizə məlumdur ki, 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm.
Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq”.
Bakı metrosunda bıçaqlanma
Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ
ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
Şəmkirdə yeniyetmə bıçaqlandı
İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu
“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ
“Şair olmaq bədbəxtçilikdir”
Rusiya azərbaycanlıları çeçenlərlə baş verən təxribatla bağlı bəyanat yaydı
Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR
Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi
İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEO
Xəzərdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıldı
“Neftçi” yenə də xal itirdi
Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO
Ziyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”
Azərbaycan Xorvatiya əlaqələri müzakirə edildi
Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu
Bakıda silahlı şəxs saxlanıldı
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
Alimsayağı sual
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
Astarada 5 uşaq atası intihar etdi
Yol polisi avtobus sürücüsün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi
Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək
Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
İraq İrana neft ixracatını dayandırıb
Gimnastımız Dünya Kubokunun finalına çıxdı
ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
Vida günü deyə bilmədiklərim...
Baş redaktora ağır itki üz verdi
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
Axtarışda olan 29 nəfər saxlanıldı
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
Şərh yaz