Modern.az

Musa Quliyev: “Azərbaycanda adambaşına düşən səhiyyə xərci çox aşağıdır”

Musa Quliyev: “Azərbaycanda adambaşına düşən səhiyyə xərci çox aşağıdır”

Təhsil

4 Noyabr 2011, 14:16

Noyabrın 4-də Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin 2012-ci ilin büdcə layihəsinin müzakirə olunduğu birgə iclasında millət vəkili Musa Quliyev Azərbaycanda adambaşına düşən səhiyyə xərclərinin az olmasından şikayətlənib.
Modern.az-ın məlumatına görə, M.Quliyev bildirib ki, 2010-cu ildə Azərbaycanda adambaşına düşən tibbi xərc 65 manat təşkil edib. Deputat Azərbaycanı digər ölkələrlə müqayisə edib. Deyib ki, qonşu Türkiyədə adambaşına düşən səhiyyə xərci 800 dollar, Avropa ölkələrində isə 1500 AZN təşkil edir. Musa Quliyev Azərbaycanda da büdcədən adambaşına ayrılan səhiyyə xərclərinin artırılmasının vacibliyini qeyd edib.

Deputat bildirib ki, Azərbaycanda əlilliyi müəyyənləşdirən meyarların dəyişdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, hazırda qüvvədə olan meyarlar 1984-cü ildə qəbul edilib və müasir tələblərə cavab vermir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır