Modern.az

İranda hökumət böhranı

İranda hökumət böhranı

Dünya

25 Noyabr 2018, 20:48

İranda hökumət böhranı yaşanır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə təqaüdçülərin dövlət qulluğunda fəaliyyət göstərməsini qadağan edən qanun layihəsinin qüvvəyə minməsi ilə ölkədə bir çox vəzifəli şəxs istefa verib. İstefa verənlər arasında İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Taherian Fard da var.

 

Qeyd edək ki, yeni qanunun qəbulundan sonra dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa verib.  Həmçinin, ölkənin 31 vilayətindən 14-nün valisi də istefa verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır