Arxiv
2 Dekabr 2018, 16:47 | AKTUAL
AzerTelecom “BakuTel 2018” sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 7dekabr tarixinədək Baku Expo mərkəzində keçirilən “BakuTel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında müvəffəqiyyətlə iştirak edir.

 

Modern.az xəbər verir ki, artıq 10 ildir ki, ölkənin telekommunikasiya sektorunda uğurla fəaliyyət göstərən və öz fəaliyyətində hər zaman peşəkarlıq, müştəri məmnuniyyəti, dinamik inkişaf və innovativlik prinsipini rəhbər tutan şirkət sərgi müddətində yerli və xarici ziyarətçilərə, eləcə də qurumlara internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücum əleyhinə mühafizə xidməti, FTTx (hər-hansı ünvana fiber-optik kabelin çəkilişi), Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətlərinitəqdim edir.

 

Qeyd edək ki, sərgi günlərində Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Sinqapur, İran, Ukrayna və digər dövlətlərdən olan şirkətlərin nümayəndələri ilə müxtəlif görüşlər keçirilib, ziyarətçilərə AzerTelecom şirkəti haqqında geniş məlumat verilib, yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

Eyni zamanda AzerTelecom şirkətinin stendində “Huawei” şirkətinin Türkiyədən dəvət edilmiş IoT/M2M (Internet of Things - Əşyaların İnterneti/M2M-Machine-to-Machine- Maşınlararası əlaqə) sahəsi üzrə eksperti Sertaç Şamioğlu və AzerTelecom şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev tərəfindən müxtəlifsahələrdə “Əşyaların İnterneti”nin tətbiqi haqda info-sessiyalar təşkil olunub, stendin ziyarətçilərinə yeni rəqəmsal texnologiyalar, ağıllı şəhər və idarəetmə, kənd təssərüfatı və digər sahələrdə rəqəmsal texnologiyaların və telekommunikasiyanın rolu barədə müxtəlif təqdimatlar edilib.

 

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət daim mövcud şəbəkənin yenilənməsi, infrastrukturun dayanıqlılığının artırılması, innovasiyaların tətbiqinə diqqət yetirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi tibb sahəsində YENİLİK 22 Aprel 2019, 12:04 Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ 22 Aprel 2019, 12:03 Binəqədidə Zərifə Əliyeva anıldı 22 Aprel 2019, 11:59 İndiyədək “Azəri-Çıraq-Günəşli”dən  çıxarılan neftin həcmi açıqlandı 22 Aprel 2019, 11:48 Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü   22 Aprel 2019, 11:42 Rayonlarda sarı pasa qarşı mübarizə... 22 Aprel 2019, 11:40 İçində işıq gəzdirən və işığın içindəki Qulu 22 Aprel 2019, 11:35 Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO 22 Aprel 2019, 11:33 Qaret Beyl üçün Çin iddiası - Sərvət istədi 22 Aprel 2019, 11:30 Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib - FOTOLAR   22 Aprel 2019, 11:24 Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb 22 Aprel 2019, 11:23 Nazir müavini “Oş -Türk dünyasının mədəniyyət paytaxtı”nın AÇILIŞINDA 22 Aprel 2019, 11:09 Goranboyun başçısı sakinlərlə görüşdü   22 Aprel 2019, 11:02 Əfqanıstanda mədəndə 8 nəfər öldü 22 Aprel 2019, 10:51 Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində 22 Aprel 2019, 10:41 İmişlidə yeni doğulan körpə öldü 22 Aprel 2019, 10:34 İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ 22 Aprel 2019, 10:13 Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutuldu - Dəhşətli HADİSƏ 22 Aprel 2019, 10:07 Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıl 22 Aprel 2019, 10:02 Deputat Sumqayıtda qarşıya qoyulan məsələləri müzakirə etdi  22 Aprel 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Aprel 2019, 09:41 Bakının məşhur qonaqları - “KQB”nin məşhur generalına “Nizami xalçası”nı kim bağışlamışdı? - FOTOLAR 22 Aprel 2019, 09:41 Qobuda mağaza yanıb   22 Aprel 2019, 09:37 Azərbaycana xain gözlə baxanlar... 22 Aprel 2019, 09:34 Bakıda tıxac yarandı 22 Aprel 2019, 09:29 Bu gündən problemli kreditləri olanlara kompensasiya ödənişi başlayır - RƏSMİ 22 Aprel 2019, 09:20 Bu gündən "Formula 1" ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI 22 Aprel 2019, 08:58 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri: “Soyuq beyinlə və isti qanla Dağlıq Qarabağı geri alacağıq” - MÜSAHİBƏ 22 Aprel 2019, 08:53 Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ 22 Aprel 2019, 08:39 Zelenski 73,09, Petro Poroşenko 24,57 faiz səs yığıb- Ukraynada yeni PREZİDENT 22 Aprel 2019, 08:28