Modern.az

Azərbaycanın ATƏT-lə əməkdaşlığı müzakirə edildi

Azərbaycanın ATƏT-lə əməkdaşlığı müzakirə edildi

6 Dekabr 2018, 21:13

Xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində ATƏT-in Baş katibi Tomas Qreminqerlə görüş keçirib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri, Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi görüşləri haqqında məlumat verib. Nazir həmin görüşün faydalı olduğunu, mövcud formatda intensiv, nəticə-yönümlü danışıqların yaxın gələcəkdə davam etdirilməsinin razılaşdırıldığını bildirib.

T.Qreminqerin ATƏT-in nə kimi rol oynaya biləcəyi sualını cavablandıran Nazir Məmmədyarov Azərbaycanın işğal edilmiş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib.

 

Görüşdə, həmçinin Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub. Nazir Elmar Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib.

 

Tərəflər arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü