Modern.az

Həyacan təbili: GƏLƏCƏKDƏ VƏZİYYƏT DAHA DA AĞIR OLACAQ

Həyacan təbili: GƏLƏCƏKDƏ VƏZİYYƏT DAHA DA AĞIR OLACAQ

Dünya

14 Noyabr 2011, 09:20

İqlim dəyişiklikləri Cənub-Şərqi Asiyada ekstremal hava şəraitinə və daşqınlara səbəb olacaq. Ümumdünya Bankının iqlim dəyişiklikləri məsələləri üzrə xüsusi nümayəndəsi Endrü Stir Hanoya (Vyetnam) səfəri zamanı deyib ki, artıq bu gün regionda getdikcə daha güclü və aramsız yağışlar yağır, çox tez-tez daşqınlar olur, ekstremal hava şəraiti yaranır, havanın temperaturu yüksəlir. Buna səbəb qlobal iqlim dəyişiklikləri prosesidir. Stirin sözlərinə görə, gələcəkdə vəziyyət daha da ağırlaşacaq.

İqlim dəyişikliklərini “ətraf mühitin vəziyyətinin ən təxirəsalınmaz problemi” adlandıran BMT mütəxəssisləri bu fikirdə onunla həmrəydirlər.
Bir neçə fakt göstərək:

Tailandda bir neçə ay davam edən yağışlar nəticəsində son yarım əsrdə görünməmiş güclü daşqın artıq 500 nəfərin məhvinə səbəb olub, ölkədə milyonlarla evi dağıdıb. Zərərçəkənlərin sayı yüz minlərlədir. İqtisadi itkilər bir neçə milyard dollara çatıb və artmaqda davam edir.
Qonşu Kambocada 2000-ci ildən bəri azı 247 adam güclü daşqınların qurbanı olub. Vyetnamda yüzdən çox adam suda həlak olub: qurbanların çoxu ölkənin cənubunda, Mekonq çayı deltasında yaşayırdı.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır