Modern.az

Fransada fövqəladə vəziyyət elan olundu

Fransada fövqəladə vəziyyət elan olundu

Dünya

10 Dekabr 2018, 23:45

Fransada fövqəladə vəziyyət elan olunub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa prezidenti Emanuel Makron bu gün “sarı jiletlilər”in təmsilçiləri ilə görüşüb.

Makron görüşün ardından verdiyi açıqlamada, “Ölkədə dərin və haqlı bir qəzəb mövcuddur. İqtisadi və sosial fövqəladə vəziyyət edəcəyəm” deyib.

Tarixi bir dönüş nöqtəsində olduqlarını vurğulayan Makron, “Ayda 2000 Avrodan az maaş alanların maaşları artacaq. Özəl sahə də işçilərinin maaşını artırsın” ifadələrini söyləyib.

 
Daha sonra xalqa müraciət edən prezident Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

"Bu gün fövqəladə iqtisadi və sosial vəziyyət elan etmək istəyirəm" deyən prezidentin sözlərinə görə, 2019-ci ildən Fransada əmək haqqının minimum məbləği 100 avro artacaq.

Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır