Modern.az

Lənkəranda Heydər Əliyevin xatirəsi yad olundu - FOTO

Lənkəranda Heydər Əliyevin xatirəsi yad olundu - FOTO

Aktual

12 Dekabr 2018, 12:35

Azərbaycan xalqının böyük oğlu, ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ölkənin hər yerində olduğu kimi, Lənkəranda da, ehtiramla yad olunub.

 

Lənkəran şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə səhər saatlarından başlayaraq, mərhum prezidentin anım mərasiminə minlərlə insan qatılıb.

 

 

Mərasimdə LŞİH-nin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri dahi öndərin adını daşıyan xatirə parkına gələrək abidə kompleksini ziyarət edib, önünə təzə-tər payız çiçəkləri, qərənfillər düzüblər.

 

 

Həmçinin bu gün  orta umumtəhsil məktəblərində, universitet və kolleclərdə keçirilən ilk dərslərdə Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin  tarixində oynadığı misilsiz rolu, xalqın mənafeyi naminə gördüyü işlər, ölkədə elm və təhsilin inkişafına verdiyi töhfələr barədə tələbələrə  ətraflı söz açılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır