Modern.az

Qaz və işıq abunəçilərinin nəzərinə: yazılı xəbərdarlıq olmadan heç kimin qazı və işığı kəsilməyəcək

Qaz və işıq abunəçilərinin nəzərinə: yazılı xəbərdarlıq olmadan heç kimin qazı və işığı kəsilməyəcək

15 Noyabr 2011, 14:28

Noyabrın 15-də Milli Məclis iclasında “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

 Modern.az xəbər verir ki, qanuna dəyişikliklər barədə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov danışıb. O, adları çəkilən qanunlara dəyişikliklərin istehlakçıların hüquqlarının qorunması üçün atılan addım olduğunui deyib.

Qeyd edək ki, dəyişikliyə görə, qaz, elektrik və istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağandır.

Deputatlar müzakirələrdən sonra qanun layihəsinə dəyişiklikləri təsdiqləyiblər.

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri mütəmadi olaraq istehlakçıların hüququnun posulduğunu və qazın və elekrik enerjisinin xəbərdarlıq edilmədən kəsildiyini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsinə dəyişikliklər qəbul olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır