Modern.az

Nazirlikdən rayonlardakı internet istifadəçilərinə şad xəbər

Nazirlikdən rayonlardakı internet istifadəçilərinə şad xəbər

15 Noyabr 2011, 16:27

Noyabrın 15-də Azərbaycanın regionlarında, əsasən də ucqar yaşayış məntəqələrində genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Aztelekom İstehsat Birliyində regionlarda xidmət göstərmək potensialı olan Alfanet, Avirtel, AzStarNet, Azeronline, AzEduNet, AzDataСom, Data Plus, VİP-NET, Kür, Caspel, Qlobal, Q-Telekom, Smart, TransEvroKom, Orbit, EvroSell, Uninet, Qlobalnet kimi internet provayderlərinin, İnternet Forumu və İnternet Cəmiyyəti ictimai təşkilatlarının rəhbərlərinin də iştirakı ilə görüş keçirilib.

Modern.az RİTN-in mtbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Aztelekom İB-nin baş direktoru Məhəmməd Məmmədov özəl internet provayderləri ucqar yerlərdə işləməyə dəvət edərək onlara bütün şəraitin yaradılacağını vurğulayıb, genişzolaqlı internetə olan tələbatın bütün ucqar yaşayış məntəqələrində də ödənilməsinin sürətləndirilməsi üçün birliyin vacib infrastruktur elementlərindən bütün provayderlərin təmənnasız yararlana biləcəklərini bildirib. Regionlarda infrastrukturun inkişafı naminə investisiya qoyuluşu həyata keçirəcək özəl müəssisələr üçün daha əlverişli fəaliyyət şəraitinin yaradıla biləcəyi qeyd edilib.  

Aparılan müzakirələrdə Aztelekom-un təklifinin özəl şirkətlər üçün çox cəlbedici olduğu təsdiqlənib, ucqar yaşayış məntəqələrində genişzolaqlı internetə olan tələbatın ödənilməsi istiqamətində dönüş yaratmaq, eyni zamanda, bütün kənd ATS-lərinin mərkəzi ATS-lərlə birləşdirici xətlərinin fiber-optik kabellər üzərindən təşkilini sürətlərdirmək üçün birgə fəaliyyətin daha tez səmərə verəcəyi vurğulanıb.
Müzakirələr nəticəsində özəl internet provayderlər və Aztelekom mütəxəssislərinin iştirakı ilə işçi qrupun yaradılması və ilkin şərtlər razılaşdırıldıqdan sonra müzakirələrin davam etdirilməsi qərara alınıb.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir