Modern.az

Rəssam Hitler - Fürerin çəkdiyi PORTRET  

Rəssam Hitler - Fürerin çəkdiyi PORTRET   

16 Dekabr 2018, 15:11

Bildiyiniz kimi, Hitler gəncliyində rəssam olmaq istəyirdi. Kaşki elə fırça ustası olaydı... Vyana Rəssamlıq Akademiyasına daxil olmaq istəyən gələcək diktator imtahanlardan keçə bilməyib. Amma buna baxmayaqraq bir müddət rəssamlıqla məşğul olub. Onu daha çox yaşadığı şəhərin mənzərələri cəlb edirdi. Arada peyzaj və natürmortlara da müraciət edirdi. Çəkdiyi kiçik həcmli rəsmlər turistlər tərəfindən maraqla qarşılanır, yaxşı satılırdı.

Şəkillərin alveri ilə Adolf Hitlerin gənclik dostu Reynqold Qaniş məşğul olurdu. Hər şəklin qiyməti orta hesabla 20 kron idi. Bu, o vaxt üçün yaxşı pul idi. 

Hitler 25 yaşında hərbi xidmətə çağırıldı. Birinci Cahan Müharibəsində iştirak etdi. Müharibədən qayıtdıqdan sonra yaxın gələcəyin füreri yenə bir müddət fırçaya sarıldı. O, indi mənzərə və natürmortlardan daha çox, portretlərə üstünlük vürirdi. Yaradıcılığının bu dövründə Hitlerin naturadan çəkdiyi qadın portretləri bu gün də diqqəti çəkir.


Firuz Mustafa


P.S. Hitlerin çəkdiyi portretlərdən nümunələr:

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir