Modern.az

Azərbaycan Beynəlxalq Forumda təmsil olundu -  FOTOLAR

Azərbaycan Beynəlxalq Forumda təmsil olundu -  FOTOLAR

Aktual

17 Dekabr 2018, 11:17

10-15 Dekabr 2018-ci il tarixində Hindistanın paytaxtı Yeni Dehlidə Hindistan hökümətinin, şəxsən baş nazirinin ev sahibliyi ilə Beynəlxalq Forum keçirilib. Forum Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində beynəlxalq əməkdaşlığın roluna həsr edilib.

 

Modern.az xəbər verir ki, dünyanın 85 ölkəsindən 1500-ə yaxın yüksək səviyyəli təmsilçilər bu forumda iştirak edirdi.  Forum BMT-nın,  Ümumdünya Parlament İttifaqının, Avropa, Asiya və Afrika Parlamentar məclislərinin,  Ümumdünya Səhiyyə Təşkilatının, Hər bir Qadın və Hər bir Uşaq Beynəlxalq təşkilatının, Ana, Uşaq və Gənclərin sağlamlığı üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatının və bir sıra nufuzlu beynəlxalq təşkilatların dəstəyi  ilə təşkil olunub.

 

Forumun əsas tədbirlərindən biri də parlamentarların, nazirlərin, yüksək səviyyəli hökumət rəsmilərinin, bəzi ölkələrin Birinci Xanımlarının və  Hindistanın və Nepalın Baş Nazirlərinin, baş nazirin müavinlərinin iştirakı ilə  keçirilən xüsusi plenar və sessiya iclasları idi. Forumda  Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Sosial şöbənin müdiri Adilə Abasova, Ana və uşaq sağlamlığı üzrə ekspert Xatirə Mirzəyeva iştirak ediblər.

Forum BMT-nin Baş Katibi Guterosun təbriki ilə işinə başladı. Sonra isə Hindistanın Baş Naziri Narendra Modi, UNFPA-nin İcraçı Ditektoru dr. Natalya Kanem, Dünya Parlament İttifaqının prezidenti xanım Qabriela Barron, Ümumdünya Səhiyyə Təşkilatının  və bir sıra yüksək səviyyəli  çox mötəbər siyasətçi və dövlət adamları Forumun Açılış Sessiyasında çıxış etdilər.

Forumun plenar iclasında Əhaliartımı və İnkişaf üzrə Avropa Parlament Forumun adından Millət vəkili Məlahət İbrahimqızı çıxış etmişdir. Forumun 1-ci günü İPU-nun prezidenti dünyanın müxtəlif ölkələrindən gəlmiş siyadətçiləri ilə ayrıca Forumla bağlı müzakirə keçirərək DİM-in həyata keçirilməsində parlamentarların rolu müzakirə olunub. İclasa sədrlik edən Xanım Prezident Qabriela  ötən üç il ərzində DİM-lə bağlı görülən işlərdən danışaraq, parlamentarların fəaliyyətinin artan rolu, zəruriliyi və önəmi haqda danışdı. Bu iclasda İCPD və DİM üzrə Avropa Parlamenti Forumu adına, həm də Azərbaycan nümayəndə heyəti adına millət vəkili Məlahət İbrahimgızı çıxış etdi. Xanım Qabriela, İPU-nun Azərbaycan Parlamenti ilə , xüsusilə də Azərbaycanın Prezidenti və Birinci vitse Prezidenti ilə olan əməkdaşlığı, DİM sahəsində görülən işləri yüksək qiymətləndirmiş  və 4 dəfə Azərbaycana səfər etdiyini bildirib.

Forumun 2-ci günü millət vəkili Məlahət İbrahimqızı Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində milli parlamentarların rolu mövzusunda təqdimatla çıxış edib. Millət vəkili M. İbrahimqızı Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə DİM sahəsində görülmüş işlər və ötən üç il ərzində əldə olunmuş nailiyyətlər haqqında Forum iştirakçılarına  ətraflı məlumat verib. Bu təqdimatdan sonra iştirakçıların  DİM-nin həyata keçirilməsində Azərbaycan hökumətinin müsbət təcrübəsi ilə bağlı bir sıra sualları da cavablandırılıb. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri millət vəkili Kamilə Əliyeva, Sosial Qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxış edərək DİM sahəsində milli Qanunvericiliyin təkmilləşdirilməsinin və bu sahədə parlamentlərin əməkdaşlığından danışıblar.

 

Səfər proqramı çərçivəsində Hindistan Parlamentində deputatlardan ibarət Ana, Uşaq və Gənclərin sağlamlığı üzrə qrupun üzvləri ilə görüş olub, parlamentarlar arasında çoxtərəfli və ikitərəfli müzakirələr keçirilib. Forumda iştirak edən millət vəkilləri Hindistanın məşhur tibb elmləri universitetindən biri olan Hamdard Universitetində görüş və müzakirə də keçirilmişdir. Millət vəkilləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva və şöbə müdiri Adilə Abasova Azərbaycanın tibb təhsilindən və son illərdə bu sahə gedən islahatlar haqqında məlumat verdilər. Universitetin Analığın mühafizəsi, neonatal və perinatal xidmətin Azərbaycan təcrübəsindən danışdı..sonra isə orada müayinə olunan bir qrup hamilə qadınları müayinə edərək onlara məsləhətlər verdi. Hindistan Senatında görüş keçirilmiş Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində milli parlamentarların əməkdaşlığı bir daha müzakirə edilib.

 Forumun keçirildiyi müddətdə zəngin hind mədəniyyətini özündə əks etdirən müxtəlif mədəniyyət proqramları da təşkil olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü