Modern.az

Pakistandakı FETÖ məktəbləri Türkiyəyə verildi

Pakistandakı FETÖ məktəbləri Türkiyəyə verildi

Aktual

3 Yanvar 2019, 10:17

Türkiyə Maarif Vəqfi, Pakistandadakı Fətullah Gülən Terror Təşkilatı (FETÖ) məktəblərinin idarəsini təhvil alıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Pakistan Ali Məhkəməsinin verdiyi təlimatla ölkədə terror təşkilatı elan edilən FETÖ-ya aid Pak-Türk Çağ Eğitim Vəqfi məktəblərinin Türkiyə Maarif Vəqfinə təhvili gerçəkləşib.

 

Pakistan Ali Məhkəməsi, ötən ilin 28 dekabrında çıxardığı qərarla FETÖ-ya aid bir vəqfin terror təşkilatı elan edilməsi üçün Daxili İşlər Nazirliyinə təlimat vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır