Modern.az

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Aktual

16 Yanvar 2019, 20:54

Türkiyə Silahlı Qüvvələri yeni hərbi əməliyyatlara hazırlanır.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə ordusunun Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər. 

Məlumata görə, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

 

Bundan əvvəl, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

 

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

 

Qeyd edək ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır