Modern.az

Metronun “Elmlər Akademiyası stansiyasının əsas çıxışı bağlan

Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandı

Aktual

18 Yanvar 2019, 09:24

"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb.

Bu barədə Modern.az-a qurumun  mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

B.Məmmədovun sözlərinə görə, çıxışın bağlanması sərnişinlərin təhlükəsizliyilə bağlıdır:

“Xəbərdarlıqda bildirildiyi kimi, iki gündür ki, Bakıda güclü şimal küləyi əsir. Güclü külək stansiyanın giriş və çıxışlarında sərnişinlərin həyatı üçün təhlükə yaradır. Bu günlərdə Bakı Dövlət Universitetində də dərs olmamasını və imtahanların təxirə salınmasını nəzərə alaraq, stansiyanın əsas çıxışı bağlanıb".

O qeyd edib ki, sərnişin sıxlığı müşahidə olunacağı təqdirdə əsas çıxış açılacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır