Modern.az

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov

Aktual

19 Yanvar 2019, 16:32

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov 20 Yanvar faciəsi ilə bağlı münasibətini bildirib.

 

Modern.az-ın məlumatına görə, o qeyd edib ki, Azərbaycanda, eləcə də ölkə xaricində ölkəmizi təmsil edən gənclər bu şanlı tarixi hər il hörmətlə anır. Və bu tarixi yaddaşlarına həkk edib bir yumruq tək birləşirlər. “Birləşirlər ki, düşmənlər sevinməsin və Azərbaycan bölünməsin”.

 

Sədr həmçinin bildirib ki, Azərbaycanın şanlı tarixində 20 Yanvar kimi qanlı ləkə var.

 

“Bu gün həm xalqımızın matəm günü , həm də bir qəhrəmanlıq səlnaməsidir. Ona görə də 20 Yanvar Azərbaycan tarixində tək faciə deyil, dövlətin istiqlal yolunun ilk zirvəsidir. Xalqımızın milli məfkurəsinin, azadlıq istəyinin oyanış günüdür. Qırmızı ordunun amansızcasına dinc əhaliyə hücum etməsi, qadın, qız, uşaq, yaşlı demədən hər kəsi mərmi atəşinə tutması Azərbaycan xalqını sındırmadı. Bu proseslərdə 13 yaşından 77 yaşınadək hər kəs döyüşdü. Amma dünyasını dəyişən, canından keçənlər arasında daha çox yer alan gənclərimiz oldu. Şəhid verdikcə insanlar sinələrini güllə qarşısına verib, paytaxta daxil olan tankların önünə özlərini atırdılar. Çünki damarında Azərbaycanlı qanı axan igidlərimiz vətənimizin müstəqilliyini istəyirdi və buna nail oldular. Canlarından keçərək, qan tökərək buna nail oldular. Onlar sübut etdilər ki, Azərbaycana daxil olmaq, millətin, xalqın gözünü qorxutmaq mümkün deyil.

 

Qanlı yanvar tarixi Azərbaycan xalqının var olduğunu sübut etdi. İllər keçdikcə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasəti İlham Əliyev davam etdirdi. Onun da uğurlu siyasəti nəticəsində Azərbaycana heç bir xarici qüvvə təsir edə bilmir. Dünya ölkələrində baş verən xaos və qarışıqlıq Azərbaycana yaxın gələ bilmir. Azərbaycanda, eləcə də ölkə xaricində ölkəmizi təmsil edən gənclər bu şanlı tarixi hər il hörmətlə anır. Və bu tarixi yaddaşlarına həkk edib bir yumruq tək birləşirlər. Birləşirlər ki, düşmənlər sevinməsin və Azərbaycan bölünməsin. Qərb diqqət etsək bu gün ölkədə gündəmdə olan və müəyyən qədər problemlərlə bağlı olan mövulara öz maraq dairəsi kimi yanaşır, lakin 20 Yanvar hadisələrinə riyakarlığı ilə seçilirdi

 

Mən həmişə qeyd edirəm bu gün Azərbaycanın böyüklüyü şəhərlərinin sayının çoxluğunda, ərazisinin geniş olmasında, ya da neft və qazında deyil. Bizim böyüklüyümüz milli iradəmizdədir. Bu gün Azərbaycanda yetişən gənc nəsil, onun istənilən yükünün çiyinlərində daşınması, onun milli-mənəvi dəyərlərinin qorunması üçün hər gün dayanmadan çalışır. Ölkə başçısı İlham Əliyev tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi planında da məhz bu dayanır ki, biz gənclər bu gün Azərbaycanı 29 il bundan öncə olan boşluqları, çatışmamazlıqları ilə qəbul edib, sabahımızda daha çevik, daha dinamik, dövrün tələblərinə uyğun formada yetişməyə qadir olmalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır