Modern.az

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

20 Yanvar 2019, 11:43

Bir bloqer haqqında məsələni şişirdərək Azərbaycana qarşı istifadə edirlər.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bloqer Mehman Hüseynovla bağlı süni yaradılan məsələdən danışarkən deyib.

 

M.Qurbanlı Avropa Parlamentinin qəbul etdiyi son qətnamə ilə bağlı isə qeyd edib: “Orada müzakirələrə baxanda görürsən ki, cəmi 751 deputatdan 30-u iştirak edir. Çıxışlara baxanda görmək olur ki, bu adamlar yazdıqlarını belə oxuya bilmirlər. O yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Həmin adamlar hadisədən bixəbərdirlər. Bu bir daha onu göstərir ki, bu, qurulma işdir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik. Ümumiyyətlə, orada tək Azərbaycanla bağlı deyil, digər ölkələrlə bağlı da ikili standartlı yüzlərlə bu tip çox sayda qətnamələr var. Əgər Avropa Parlamenti problem axtarırsa, problem onların elə özündədir. Elə Avropa ölkələrində baş verən hadisələrə baxın. Orada insan hüquqları pozulur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi