Modern.az

Bakıda külək mərasim evini uçurub

Bakıda külək mərasim evini uçurub

Aktual

20 Yanvar 2019, 15:14

 Bakıda güclü külək mərasim evini uçurub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, yanvarın 16-dan 17-nə keçən gecə Abşeron ərazisində hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində mərasim evi uçub. Güclü külək Xətai rayonu, Zığ şosesi, Ümid Sağlamlıq Mərkəzində müvəqqəti məskunlaşan məcburi köçkünlərin istifadə etdikləri mərasim evinin damını və binanın divarını uçurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, obyektə maddi ziyan dəyib.

 

Sakinlər əlaqədar təşkilatların mərasim evinin bərpasına köməklik göstərilməsini xahiş ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı