Modern.az

“Qarabağ” yenə heç-heçəyə razılaşdı

“Qarabağ” yenə heç-heçəyə razılaşdı

Aktual

23 Yanvar 2019, 21:31

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün üçüncü yoxlama matçına çıxıb. Modern.az xəbər verir ki, Qurban Qurbanovun komandası Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisinin qardaş ölkədə 3-cü sınağ matçında heç-heçə edib  - 1:1 .

 

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1.

 

Qeyd edək ki, "Qarabağ" 2014/15 mövsümündə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində də "Piast"la üz-üzə gəlib. Bakıdakı oyunda 2:1 hesablı qələbə qazanan ağdamlılar səfərdə 2:2 hesablı heç-heçə edərək, 3-cü mərhələyə vəsiqə qazanmışdı.

 

Əlavə edək  ki, "Qarabağ" sonuncu yoxlama görüşünü yanvarın 26-ı Donetsk "Şaxtyor"una qarşı keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır