Modern.az

Gürcüstanda 716 nəfər qızılcaya yoluxdu

Gürcüstanda 716 nəfər qızılcaya yoluxdu

Dünya

26 Yanvar 2019, 21:35

Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstəliyinə 716 yoluxma halı qeydə alınıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

 

O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb:

 

“Qızılcaya yoluxanların 52 faizini 20-40 yaş arası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır”.

 

Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı