Modern.az

Camal Qaşıqçının qətli yenidən gündəmdə

Camal Qaşıqçının qətli yenidən gündəmdə

Dünya

8 Fevral 2019, 23:18

"BMT Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı araşdırma başlamalıdır. Qarşıdakı günlərdə bəzi ölkələrlə birlikdə müvafiq müraciət təqdim edəcəyik". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Antalyada jurnalistlərlə görüşü zamanı BMT-nin məsələ ilə bağlı məruzəçisinin Türkiyədə keçirdiyi görüşlərə və topladığı məlumatlara şərh verərkən bildirib.

 

Mövlüd Çavuşoğlu bildirib ki, bunların rəsmi istintaq olmadığını, həqiqəti aydınlaşdırmaq üçün xüsusi komissiya yaradılmasının zəruridir: “Hələlik aydınlaşdırılmayan məsələlər var. Jurnalistin meyitini parçaladıqlarını bilirik, amma bu parçaların harada olduğu bəlli deyil. Bu cinayətin arxasında kimlərin olduğu, göstərişin kimdən gəldiyi barədə Səudiyyə Ərəbistanı tərəfindən konkret bir cavab verilməyib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır