Modern.az

Hadi Rəcəbli vətəndaşları qəbul etdi

Hadi Rəcəbli vətəndaşları qəbul etdi

Aktual

14 Fevral 2019, 15:58

Milli Məclisin Əmək və sosial  siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə növbəti vətəndaş qəbulu keçirib.

 

Modern.az xəbər verir ki, müraciət edən vətəndaşlar məşğulluqla bağlı, ixtisaslarına uyğun iş axtarışı xahişi ilə, əlillər mənzil , təhsil haqqı  və digər imtiyazlarla bağlı şikayət və təkliflərini çatdırıblar.

Qəbulda iştirak edən Elşad Nəsibov və Tural Əsgərov şikayətləri   qanun normalar çərçivəsində həlli üçün aidiyyatı icra qurumlarına yönləndirildi.

Bir qrup vətəndaşın problemi yerindəcə həll edilib. Qəbulda təkrar iştirak edən vətəndaşların bəzilərinin təklifləri bir də dinlənilib və qaldırdıqları məsələlərə hüquqi normalar baxımından aydınlıq gətirilib. Vətəndaşlar həssas münasibətə görə təşəkkür etdilər.

Bir qrup müraciət edən  deputatla geniş fikir mübadiləsi də aparıb, qanun yaradıcılığı ilə bağlı təkliflər verib, ixtisaslarına uyğun iş istəyib, üzləşdikləri kiçik bürokratik əngəllərdən söz açıb və bəzi mövcud problemləri səsləndiriblər.

Vətəndaşlar  öz növbəsində minimum əmək haqqının ölkədə yaşayış minimumuna çatdırılması qərarını yüksək

qiymətləndirmiş, İlham Əliyev cənablarına vətəndaşlara göstərilən qayğıya görə dərin təşəkkürlərinin bildiriblər.

Bütövlükdə gün ərzində qəbula gələn 67 vətəndaş diqqətlə dinlənilib və qayğıları imkan daxilində əsasən müsbət həll olunub. Bəzi müraciət edənlərin 3 gün sonra bir qrupu ilə millət vəkili yenidən görüşəcəkdir.

Qəbulun yekunu Milli Məclisin aparat işçilərinin və komitə ekspertlərinin iştirakı ilə sonrakı gün  geniş müzakirə olunmuş,bir sıra məktublar icra strukturlarına yönəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır