Modern.az

Sınaq imtahanında 4 nəfər yerinə başqasını göndərdi

Sınaq imtahanında 4 nəfər yerinə başqasını göndərdi

Aktual

14 Fevral 2019, 17:11

Fevralın 10-da keçirilən sınaq imtahanında 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub.

Bu haqda Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Dövlət İmtahan Mərkəzi abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.

Xatırladaq ki, fevralın 17-də keçiriləcək ilk-peşə ixtisas təhsili müəssisələrinin buraxılış, dövlət qulluğuna və daha sonra magistraturaya qəbul imtahanlarında da bəzi binalarda yeni texnologiyanın imkanlarından istifadə olunacaq.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır