Modern.az

Türkiyə, Rusiya və İran razılığa gəldi

Türkiyə, Rusiya və İran razılığa gəldi

Aktual

14 Fevral 2019, 21:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyətə dair növbəti zirvə görüşünü Türkiyədə keçirmək təklifini irəli sürüb. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüş zamanı bildirib.

 

R.T.Ərdoğan həmkarları ilə bağlı razılığa gəldiyini qeyd edib: “Biz cənab Putin və cənab Ruhani ilə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəldik. Prezidentlərlə gələn görüşümüzü qarşıdakı aylarda Türkiyədə keçirmək istədiyimiz barədə fikirlərimizi bölüşdük”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır