Modern.az

Misir Konstitusiyası dəyişdi

Misir Konstitusiyası dəyişdi

Dünya

15 Fevral 2019, 00:41

Misir parlamentinin deputatları ölkə Konstitusiyasına dəyişikliklər edilməsi haqqında təşəbbüsü səs çoxluğu ilə təsdiq ediblər. Bu qanun layihəsinin lehinə 485 deputat səs verib. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, parlamentin sədri Əli Əbdül Alın sədrliyi ilə Misir Nümayəndələr Palatasının fevralın 14-də keçirilən plenar iclasında Konstitusiyanın bir neçə maddəsinə təklif olunan dəyişikliklərlə bağlı səsvermə keçirilib. Bu dəyişiklərə ölkə prezidentinin səlahiyyət müddətinin 4 ildən 6 ilə çatdırılması, bir və ya bir neçə vitse-prezident vəzifəsinin yaradılması, parlamentin yuxarı palatasının bərpa olunması, qadınların (25 faizdən az olmamaqla), fəhlə və kəndlilərin, gənclərin, xristianların və məhdud imkanı olan şəxslərin parlamentdə təmsil olunmasına kvotanın tətbiqi daxildir. Həmçinin Silahlı Qüvvələrin rolunun artırılması, məhkəmə islahatları və digər məsələlərin də Konstitusiyanın yeni mətninə əlavə edilməsi təklif olunur.

 

Qanun layihəsi Nümayəndələr Palatasının konstitusiya və qanunvericilik işləri üzrə Komitəsində də müzakirə olunacaq. Sonra ölkənin Əsas Qanununa dəyişikliklərlə bağlı qərar ümumxalq referendumuna çıxarılacaq.

 

Bu ərəfədə parlamentin sədri Əli Əbdül Al bildirib ki, ölkə Konstitusiyasına dəyişikliklər konkret şəxsin mənafeyinə yox, siyasi sistemdə islahatlar aparılmasına yönəlib. O vurğulayıb ki, bu qanun layihəsi ilə əlaqədar son sözü Misir xalqı söyləyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır