Modern.az

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü  

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü   

Aktual

21 Fevral 2019, 10:20

19 fevral  saat 20:50 radələrində Suraxanı rayon Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Yanıq mərkəzinə gətirilib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub:


“Vəziyyətləri yaxşı olduğuna görə buraxılıblar”.

Ailənin azyaşlı övladı isə yanıq xəsarətindən dünyasını dəyişib:

“2017-ci il təvəllüdlü oğlanın bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub, tənəffüs yolları yanıb. Gətirilərkən vəziyyəti ağır olub. Dünən 11:20-də dünyasını dəyişib. 2012-ci il təvəllüdlü qız uşağının isə bədənin 50-55 faizi yanıb. 3a və 3b dərəcəli yanığı diaqnozu vəziyyəti ağır stabildir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır