Modern.az

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır

Dünya

21 Fevral 2019, 10:57

Tramp administrasiyası müttəfiq ölkələrin hərbi kontingentinin Suriyada qalmasını istəyir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin müşahidə qüvvələrinin amerikalıları əvəz etməsi istənilir.

Amma avropalı müttəfiqlər Trampın xahişini yekdilliklə rədd ediblər. “Vaşinqton Post” qəzetinin məlumatına görə, Fransa, Böyük Britaniya və Almaniyaya müraciət edən Ağ Ev amerikalıların Suriyanı tərk etməsindən sonra Türkiyə ilə Suriya kürdlərini ayıran 32 kilometrlik zolaqda müttəfiqlərin qoşun yerləşdirməsini planlaşdırırdı.

 

ABŞ qoşunlarını çıxaran kimi Türkiyənin Suriya kürdlərinə hücum edəcəyindən narahatdır. Bu məsələni müzakirə etmək üçün fevralın 21-də Türkiyənin müdafiə naziri Hulusi Akar Vaşinqtona səfər edəcək.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır