Arxiv
19 mart 2019, 09:57 | AKTUAL
Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”

UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən növbəti müzakirə “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda olub.

 

Modern.az xəbər verir ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib.

 

Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov, fevral ayından UNEC-də “Elm aylığı”na start verildiyini diqqətə çatdırıb. “Elm aylığı” çərçivəsində ölkənin tanınmış alimləri ilə müxtəlif elm sahələrinə aid müzakirələrin aparıldığını bildirən rektor, akademik Telman Əliyevin dünya elminə verdiyi töhfələrdən söz açıb. Rektor ölkədə intellektual potensialı olan gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayaraq, elmi problemlərin həllində onların alternativinin olmadığını qeyd edib. Təhsil işçisi və elmi işçi arasında fərqlərdən danışan rektor, bu istiqamətdə problemin həllini alim və müəllim vəhdətinin yaradılmasında görüb. Sonra rektor auditoriya qarşısında “Bir şəxs həm alim, həm də müəllim ola bilərmi?” sualını qoyub.

 

Müasir dövrün bilik iqtisadiyyatına əsaslandığına diqqət çəkən akademik Telman Əliyev, UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislərin hazırlandığını deyib. UNEC-i ölkə iqtisadiyyatının sütunu adlandıran akademik, son 5 ildə bu ali təhsil müəssisəsində yüksək inkişaf dinamikasını müşahidə etdiyini, yeni ali təhsil mexanizminin formalaşdığını vurğulayıb. O, UNEC-in mütərəqqi ideyalarla daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

 

Akademik informatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivləri barədə təqdimatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə informatika sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran alim, məhz Ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycanın bu sahə üzrə dünyanın ən aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.

 

Sonra professor-müəllim heyəti təkliflərlə çıxış edib, onların sualları cavablandırılıb.

 

Sonda akademik Telman Əliyev “UNEC-də keçirilən “Elm aylığı”nda “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda məruzəsinə görə Fəxri fərmanla təltif edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25