Modern.az

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb

Aktual

19 Mart 2019, 10:09

Sumqayıtda 58 yaşlı kişi daş hasarın altında qalaraq ölüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə 49-cu məhəllədə baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlunun üzərinə özünə məxsus fərdi yaşayış evinin həyətində daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır