Modern.az

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

25 Mart 2019, 12:16

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Modern.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsinin çəkilişinı başladığı tuneldir:

"Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərasidən elektrik xəttlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8-ci, 9-cu, 10-cu, 11-ci, 17-ci, 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Fasilə müxtəlif satlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək".

 

“Azərişıq” ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...