Modern.az

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq

26 Mart 2019, 22:41

“Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binali Yıldırım deyib.

Binali Yıldırım bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq.

B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək.

Qeyd edək ki, statistik məlumatlara əsasən Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır