Modern.az

Paşinyan İlham ƏIiyevlə danışıqları haqda Putini məlumatlandırdı

Paşinyan İlham ƏIiyevlə danışıqları haqda Putini məlumatlandırdı

Qarabağ

1 Aprel 2019, 15:07

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın hökumət başçısı Vyana görüşü barədə Putinə geniş hesabat verib.

“Nikol Paşinyan Putinə Vyanada İlham Əliyevlə baş tutan görüş barədə ətraflı məlumat verib.

 

İki ölkə başçısı aprelin 4-də Moskvada Ermənistan-Rusiya hökumətlərarası iclasının vacibliyini də vurğulayıblar.

Qeyd edək ki, martın 29-da  Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır